Yaponiyada 360 min insan təxliyə edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində yağan güclü yağışdan sonra 360 min insan üçün təxliyə çağırışı edilib.
Yaponiya Meteorologiya Agentliyi ölkənin Kyuşu bölgəsində yerli leysanların tez-tez yağmasından sonra ictimai müraciətlərini yeniləyib. Kumamoto prefekturasında güclü yağışdan sonra körpü uçub. Bağlanan avtomobillər üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Bundan əlavə, sürüşmə və daşqın xəbərdarlığı edilib.

Kumamoto, Fukuoka və Oita prefekturaları da daxil olmaqla Kyuşu boyunca 360 min insan təxliyə edilib.

Şərqi Asiya ölkəsi Yaponiyada "gavalı yağışları" kimi tanınan suyu yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31