Serbiya Qərbin ikili standartlarına öyrəşib - ÖZƏL

"Serbiya Qərbin ona münasibətdə tətbiq etdiyi ikili standartlara öyrəşib".

Olaylar.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vucic Niderlandın baş nazirləri Mark Rutte və Lüksemburqun baş nazirləri Xavier Bettel ilə birgə mətbuat konfransı zamanı bildirib.

"20-ci əsrin sonunda Serbiya NATO və 19 ölkə tərəfindən vəhşicəsinə hücuma məruz qaldı. Bilirsiniz ki, bu, BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq həyata keçirilməyib, lakin siz təbii ki, başqa cür şərh edirsiniz. Biz artıq buna öyrəşmişik. İnanıram ki, bir-birimizi daha yaxşı başa düşmək üçün bir-birimizlə danışmalıyıq" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31