ABŞ-da minlərlə uçuş ləğv edilib-BU SƏBƏBDƏN- ÖZƏL
4 İyul 2023 11:41 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-da müstəqillik bayramı ərəfəsində fırtına təhlükəsi səbəbindən yüzlərlə reys təxirə salınıb.
Hava trafiki statistikasını paylaşan FlightAware-in məlumatına görə, müstəqillik günü bayramı öncəsi 1700-dən çox uçuş ləğv edilib, minlərlə insan hava limanlarında qalıb.
Uçuşların ləğvi, hava limanlarının ABŞ tarixində ən çox sərnişin sayına çatdığı həftə sonunun ertəsi günü baş verib. United Airlines ən çox uçuş ləğv edən aviaşirkət olub.
Eyni şirkət keçən həftə 5 mindən çox uçuşun ləğvi və ya təxirə salındığını açıqlayıb.
Nəqliyyat katibi Pete Buttigieg bazar günü dedi ki, ABŞ səyahətinin bu qədər xaotik olmasının səbəbi, sistem üzərində böyük təzyiq yaratdığını söylədiyi ağır hava şəraitidir.
Digər tərəfdən, Milli Meteorologiya Xidmətindən (NWS) paylaşılan məlumatda ölkənin şimal-şərqində kəskin hava şəraitinin hökm sürəcəyi, cənub bölgələrinin bəzi yerlərində güclü külək, tufan və dolu gözlənildiyi bildirilib.
ABŞ-ın orta qərb bölgəsində həftə sonu fırtınalı hava səbəbindən 150 mindən çox insan işıqsız qalıb.