Ərdoğan zəlzələnin Türkiyəyə vurduğu maddi zərəri AÇIQLADI

"Bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb".

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Biz itirilmiş ruhlarımızı geri qaytara bilmərik, lakin maddi itkilərimizi kompensasiya etmək üçün imkanımız və gücümüz var. Ümid edirik ki, zəlzələ bölgəsində evi dağılan bir çox vətəndaş növbəti bayramı öz evlərində qarşılayacaq. Oktyabr-noyabr aylarından zəlzələ evlərinin təhvil verilməsinə başlayacağıq. Şəhərlərimizi əvvəlkindən daha təhlükəsiz edənə qədər durmadan çalışacağıq. Əsas gündəliyimiz zəlzələ zonasıdır", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31