Türkiyə 84 miqrantı xilas edib
3 İyul 2023 15:57 DünyaÇanaqqalanın Ayvacık rayonu sahillərində Yunanıstan Sahil Mühafizəsi əməkdaşları tərəfindən Türkiyə ərazi sularına itələnən 84 miqrant xilas edilərək quruya çatdırılıb.
"OLAYLAR" xəbər verir ki, Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Ayvacık sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən edib.
Bölgəyə istiqamətlənən Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin "KB-20", "KB-4304" və "TCSG-6" qayıqları ilə Yunan Sahil Mühafizə Komandası tərəfindən Türkiyə ərazi sularına itələnən Əfqanıstan vətəndaşlarından ibarət miqrantlar xilas edilib.
Sahilə çıxarılan 84 nəfər miqrant lazımi prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrasiya İdarəsinə aparılıb.
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31