Səudiyyə Ərəbistanı könüllü olaraq neft hasilatını azaldacaq- ÖZƏL
3 İyul 2023 15:32 DünyaOlaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatının könüllü olaraq sutkada 1 milyon barel azaldılmasını avqust ayına qədər uzadacaq .
Səudiyyə Ərəbistanı Krallığı iyul ayında qüvvəyə minmiş könüllü 1 milyon barel azaldılmasını avqust ayı da daxil olmaqla daha bir ay uzadacaq. Avqustda ölkənin hasilatı sutkada təxminən 9 milyon barel olacaq.
Qeyd olunur ki, bu əlavə könüllü azalma OPEC+ ölkələrinin neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün gördüyü qabaqlayıcı tədbirləri gücləndirmək məqsədi daşıyır.
Bundan əvvəl OPEC+ alyansı neft hasilatının ümumi səviyyəsini 2024-cü ildən sutkada 40,46 milyon barrelə endirmək barədə razılığa gəlib.
Bu qərar dünya bazarında neftin qiymətinin artmasına səbəb olub. Rusiya baş nazirinin müavini Aleksandr Novak da Rusiyada neft hasilatının könüllü şəkildə kəsilməsinin 2024-cü ilin sonuna qədər uzadıldığını açıqlayıb.