Rusiyanın 207 milyard avroluq aktivləri dondurulub

Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləği 207 milyard avro təşkil edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders iyulun 3-də Haaqada keçirilən mətbuat konfransında bildirib.

D.Reynders təsdiqləyib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait əldə edəcəyini gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31