“Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin..." - Şoyqu ilk dəfə qiyamdan DANIŞDI

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "Vaqner" Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.

S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu:

"Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi".

Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.

Xatırladaq ki, "Vaqner" iyunun 24-də silahlı qiyama cəhd göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31