Tokioda restoranda dəhşətli partlayış baş verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda restoranda baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Dövlət Televiziyasının NHK-nın xəbərinə görə, Şimbaşi rayonunda binanın ikinci mərtəbəsindəki restoranda naməlum səbəbdən partlayış baş verib. Xəbərə daxil olan görüntülərdə restorandan qalxan tüstü və yola səpələnmiş şüşə parçaları diqqət çəkib. Partlayışın baş verdiyi əraziyə Tokio Böyükşəhər Qubernatorluğundan yanğınsöndürənlər və polis qüvvələri göndərilib. Hadisə yeri mühafizə olunub. 8 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Tokio Yanğınsöndürmə İdarəsinin məlumatına görə, partlayış nəticəsində restoranın 2 əməkdaşı və binanın yanından keçən 2 piyada xəsarət alıb. Restoranın meneceri NHK telekanalına bildirib ki, partlayış siqaret çəkən yerdə baş verib. O,"Mağazanın siqaret otağında alışqan yandırdığım anda partlayış oldu" deyib.   

Polis qüvvələri restoranda partlayışa səbəb olduğu iddia edilən təbii qaz sızmasının mənbəyini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31