Qətər Türkiyəyə başqa ölkələrdən də yardım çatdırır- ÖZƏL
20 Fevral 2023 11:05 DünyaOlaylar.az xəbər verir ki, Qətərə aid yük təyyarələri də əsrin fəlakəti olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə digər ölkələrdən də yardımlar çatdırır. Qətərin Türkiyədəki səfirliyinin Twitter hesabından edilən açıqlamada Qətər Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarəsinin Qətər-Türkiyə hava dəhlizində həyata keçirdiyi humanitar yardım uçuşları və İordaniya üzərində çadır transferinin həyata keçirildiyi bildirilib. Açıqlamaya görə, Qətər Almaniyadan Türkiyəyə yük təyyarələri ilə təcili yardımların zəlzələ qurbanlarına çatdırılmasını da dəstəkləyir. Səfirlik əvvəlki açıqlamasında Türkiyənin Əmmandakı səfirliyinin səyləri ilə BMT-nin İordaniyadakı Qaçqınlar üzrə Ali Komissarlığından Türkiyəyə çatdırılan çadırların daşınması üçün Qətər Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ayrıldığını açıqlamışdı.