İrana XƏBƏRDARLIQ EDİLDİ

Bəhreyn ordusunun komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İranı bölgədə terrorçuluqda və sabitliyi pozmaqda ittiham edib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Xəlifə bin Əhməd əl-Xəlifə İran körfəzi ölkələrinə qarşı davamlı təhdid və terrora görə molla rejiminə etibar etmədiklərini deyib.

Komandan İranı düşmənçilik siyasətinə son qoymağa çağırıb:

"Körfəz Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilir və biz bütün variantlara hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31