Qripə qarşı peyvəndin klinik sınaqlarına başlanılıb

ABŞ mütəxəssisləri qripə qarşı peyvəndinin birinci mərhələsinin klinik sınaqlarına başlayıblar.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Sosial Xidmətləri Departamentinin yanında Milli Sağlamlıq İnstitutunun saytında bildirilib.

Məlumata əsasən, mütəxəssislər peyvəndin bir sıra ştammlara qarşı effektiv olacağına ümid edirlər.

18-55 yaş arası sağlam könüllülər Vaşinqtonun Betesd (Meriland ştatı) şəhərətrafı qəsəbəsində bu dərmanla peyvənd olunmağa başlayiblar. Bu mərhələdə yeddi ay davam edəcək sınaqlarda 100-ə qədər insanın iştirakı gözlənilir. Mütəxəssislər mütəmadi olaraq könüllülərin immun sisteminin necə reaksiya verdiyini yoxlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31