İranda qatar relsdən çıxıb, azı 17 nəfər ölüb
8 İyun 2022 10:30 Dünyaİranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.
O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artcağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.
Qəzanın səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31