Avropa İttifaqı Ukraynaya 600 milyon avro məbləğində tranş ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində növbəti tranşı ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
"Bu gün biz Ukraynaya 600 milyon avro məbləğində yeni makromaliyyə yardımı tranşı ayırdıq", - o tvitterdə yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31