Şoyqu elan etdi: Rusiya burada hərbi bazalar yaradır

İsveç və Finlandiyanın NATO-ya müraciətləri ilə bağlı müzakirələrin davam etdiyi vaxtda Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvanın NATO-nun genişlənməsinə cavab olaraq Rusiyanın qərbində hərbi bazalar quracağını açıqlayıb.

Olaylar.az xəbər verir ki, nazir ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə yaradılacağını deyib.

Qeyd edək ki, Rusiya ordusu Ukrayna daxilində mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31