Almaniyada polis zorakılığı: dayanmadan döydülər

Olaylar.az xəbər verir ki, Almaniyanın Köln şəhərində yaşayan Erkan Küçük Almaniya xüsusi təyinatlı polisi tərəfindən evində döyülərək xəstəxanaya yerləşdirilib. Alman polisi Küçükün həyat yoldaşına silah doğrultmasına və baş örtüyü taxmasına icazə verməyib.Həkimlər Küçükə əlillik hesabatı verdilər.

Almaniyada polis zorakılığı mikroskop altındadır. İrqçilik və şiddətin son ünvanı türklərin ən çox yaşadığı Köln şəhəri olub.

45 yaşlı Erkan Küçük eyni binada yaşayan 9 yaşlı qardaşı oğluna ad günü hədiyyəsi üçün aldığı oyuncaq silahdan az qala öləcəkdi.

Hadisə ötən bazar günü Köln şəhərində Küçük cütlüyün evində baş verib.

İddiaya görə, xəbər üzərinə evə gələn alman xüsusi əməliyyat polisi türk əsilli Almaniya vətəndaşı Erkan Küçükü həyat yoldaşının gözü qarşısında dəqiqələrlə döyüb.

Burnu qırılan və görmə qabiliyyətini itirən Erkan Küçük döyüldükdən sonra nitqində çətinlik çəkməyə başlayıb.

Türk Ailəsi bildirib ki, evə itlərlə girən 15 xüsusi təyinatlı polis gəncə şiddət göstərdikdən sonra onları ələ salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31