“TikTok” fenomeni video çəkmək üçün meşəni yandırdı
20 May 2022 13:15 DünyaPakistanda sosial media fenomeninin izləyicilərin sayını artırmaq üçün qəsdən meşə yanğını törətdiyi iddia edilir.
Olaylar.az bildirir ki, dünyaca məşhur sosial media platforması "TikTok"-da 11 milyon izləyicisi olan "Humaira Asghar" davam edən meşə yanğını olan ərazidə gümüşü rəngli libasda gəzərkən çəkdiyi videosunu paylaşıb. O, "Harada olsa, orada yanğın var" şərhini videosuna əlavə edib.
Fenomenin video çəkmək üçün qəsdən yanğın törətdiyi iddia edildikdən sonra həmin görüntülər hesabdan silinib.
İslamabad Vəhşi Təbiət Şurasının sədri Rina Səid Xan Satti "O, yanğını gözəl təsvir etmək əvəzinə söndürmək üçün bir vedrə su tökməli idi",- deyə bildirib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31