ABŞ Senatı Ukraynanın 40 milyard dollar xərcləməsi ilə bağlı qanun layihəsini qəbul edib
20 May 2022 11:37 Dünya"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki, ABŞ Senatı Ukraynaya hərbi və humanitar yardım göstərmək üçün 40 milyard dollarlıq yeni qanun layihəsini təsdiqləyib. Bu, Ukrayna üçün indiyədək ən böyük təcili yardım paketidir.
Mayın 10-da Nümayəndələr Palatasının geniş ikitərəfli dəstəyi ilə qəbul edilən qanun layihəsinin bu həftənin əvvəlində qəbul ediləcəyi gözlənilirdi, lakin xərclərə nəzarətlə bağlı mübahisəyə görə Kentukki Respublikaçı Rand Paul tərəfindən bloklandı.
Ukrayna prezidenti Vladimir Zelenski yardım paketini "ABŞ-ın Ukraynada, Avropada və dünyada sülh və təhlükəsizliyin bərpasına mühüm töhfəsi" kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31