ABŞ Konqresinə Ukraynaya qoşun göndərməyə icazə verən qətnamə layihəsi təqdim edilib
2 May 2022 11:28 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Adam Kinzinger Ukraynada kütləvi qırğın silahlarından istifadə olunarsa, onu müdafiə etmək üçün ABŞ qoşunlarının yerləşdirilməsinə icazə verən qətnamə layihəsi təqdim edib.
Bu barədə "The Hill" qəzeti xəbər verib.
"Düşünmürəm ki, indi Ukraynaya qoşun göndərməliyik. Mən sadəcə silahlı qüvvələrdən istifadəyə icazə verən sənədi baxılması üçün təqdim etdim. Bu, Ukraynada nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə olunarsa, prezidentə bu seçimi verəcək", - deyə Konqress üzvü izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31