“Azərbaycanın dəstəyini hər zaman hiss etmişik” - Zelenski - VİDEO
23 Aprel 2022 23:17 Dünya"Azərbayacan Prezident İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib"
Olaylar.az bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında Baku TV-nin jurnalistinin sualına cavab verərkən bildirib.
Çıxışının davamında Ukrayna Prezidenti deyib:
"Hesab edirəm ki, bu gün Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar. Çünki onların Qarabağ problemi var, bu tarixi məsələdir, çox çətindir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31