Gürcüstan parlamentinin sədri Ukraynaya getməyə qərar verib

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ukraynalı həmkarı Ruslan Stefançukla telefon danışığı apardığını, nəticədə Ukraynaya getmək qərarına gəldiyini bildirib.

"Mən artıq həmkarımla  ünsiyyətdə olmuşam və Ukraynaya səfər etməyə hazır olduğumu bildirmişəm. Bir daha təkrar edirəm ki, Ukraynanı və Ukrayna xalqını dəstəkləmək bizim insani və tarixi borcumuzdur və biz bu vəzifəni yerinə yetirəcək", -deyə,  Papuaşvili aprelin 13-də  öz Facebook səhifəsində yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31