Makron yaxın günlərdə Putin və Zelenski ilə yenidən danışmağı planlaşdırır
13 Aprel 2022 11:40 DünyaOlaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə yeni telefon danışıqları etməyi planlaşdırdığını bildirib.O, bu barədə aprelin 13-də France 2 telekanalının efirində bildirib.
Makron həmçinin bildirib ki, o, Ukraynada hərbi əməliyyatların dayandırılması və orada sülhün bərpası üçün hər cür səy göstərir. Eyni zamanda o, Ukraynada baş verənlərin ona "soyqırım" kimi göründüyünü iddia edən ABŞ prezidenti Co Baydenin sözləri ilə razılaşmayıb.
"Bu gün biz şərtlərlə çox diqqətli olmalıyıq, çünki söhbət qardaş xalqlardan gedir. Mən bu münaqişəni dayandırmaq və sülhü bərpa etmək cəhdlərini davam etdirmək istəyirəm. Düşünmürəm ki, sözlərin eskalasiyası bu məqsədə xidmət edir", - Fransa lideri bildirib.