AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi

Kiyev yaxınlığındakı Buçada Rusiya hərbçiləri Aleksandr Çikmarevin həyat yoldaşını və uşaqlarını onun gözü qarşısında güllələyiblər. 

Lent.az   xəbər verir ki, kişi möcüzə nəticəsində sağ qalıb.

"Saat 6-da dostlarla və qardaşımla Buçadan ayrılmaq üçün toplandıq. Evdən çıxdıq, qarşımızda piyada döyüş maşını dayandı. Və dərhal atəş başladı. Uşaqlarım və həyat yoldaşım dərhal öldü. Oğlanlarımdan birinin 10, digərinin 5 yaşı vardı. Avtomobilim alışdı, mən də yaralandım. Maşından sürünərək yola çıxdım. Bir ağacın arxasında gizləndim", - Aleksandr hadisə anını belə danışır.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin edam üçün heç bir aşkar səbəbləri olmayıb: "Ailənin getdiyini görürdülər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31