Rusiyanın 45 diplomatı Polşadan qovulub
28 Mart 2022 14:27 DünyaRusiya səfirliyinin 45 diplomatı Polşadan çıxarılıb. Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məlumat verib.
Məlumata görə, həmin diplomatlar Polşada Rusiyanın xeyrinə casusluq edirmiş. Bildirilib ki, rəsmi Varşava onların yerinə Rusiyadan yeni diplomatların gəlməsinə də icazə verməyib.
Rusiyanın Polşadakı səfirliyindən vurğulanıb ki, 45 diplomatın çıxarılmasına baxmayaraq, səfirlik fəaliyyətini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31