SON DƏQİQƏ: Türk ordusu Əsədin təyyarələrini vurdu
1 Mart 2020 17:28 DünyaTürk "F-16" qırıcıları Əsəd rejiminə məxsus 2 ədəd "Su-24" təyyarəsini vurub.Publika.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Xəbəri Türkiyə Milli Müdafiə Nazirliyi də təsdiqləyib. Məlumata görə, bununla yanaşı, Əsədin 3 ədəd hava müdafiə sistemi də məhv edilib.
Qeyd edək ki, Türkiyə Müdafiə naziri Hulusi Akar "İdlibdə əsgərlərimizə qarşı həyata keçirilən hücumdan sonra 27 fevraldan etibarən "Bahar qalxanı" əməliyyatına başlanıb", - deyə bugünkü açıqlamasında bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31