“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

Filippinin şimalında qasırğa ilə əlaqədar 5,4 min nəfər təxliyə olunub.

"Ramon" qasırğası Kaqayan əyalətində fəsadlara səbəb olub.

Bir sıra şəhərlərdə elektrik enerjisi kəsilib. Torpaq sürüşməsi səbəbi ilə yollar bağlanıb. Məktəb və universitetlərdə dərslər dayandırılıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər cəlb edilib.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31