Türkiyədə “Nirvana” ləqəbli təhlükəli terrorçu saxlanılıb
Türkiyədə “Nirvana” ləqəbli təhlükəli terrorçu saxlanılıb
19 Noyabr 2019 18:08 DünyaTürkiyə ordusu tərəfindən adı "Boz kart"a salınan PKK terrorçusu Səmra Tuncər saxlanılıb.
Məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, Türkiyə ordusunun Diyarbəkirin Licə bölgəsində PKK terrorçularına qarşı keçirdiyi əməliyyatda başına 300 min TL mükafat qoyularaq adı "Boz kart"a salınan Səmra Tuncər saxlanılıb.
Qeyd edək ki, Səmra Tuncər terrorçular arasında "Nirvana" kod adı ilə tanınıb.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31