ABŞ İrana verdiyi güzəştləri ləğv edib

ABŞ İrana verdiyi güzəştləri ləğv edib

Amerika Birləşmiş Ştatları xarici şirkətlərə İranın Fordo Nüvə Kompleksində dinc nüvə proqramı üçün verdiyi güzəşti ləğv edib.

Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo keçirdiyi mətbuat konfransında açıqlama verib. Pompeo İranın Fordo təsisatında uranı zənginləşdirmək istiqamətində atdığı son addımları beynəlxalq ictimaiyyətə qarşı reketlik adlandırıb və qəbul etdikləri qərarın dekabrın 15-də qüvvəyə minəcəyini bildirib. O, bu qərarın Buşəhr Atom Elektrik Stansiyası və Ərak Ağır Su Reaktoruna da şamil edilib- edilməyəcəyilə bağlı heç nə deməyib. Fordo zavodunda görülən işlərdə xarici şirkətlərin İranla əməkdaşlıq etməsinə verilən güzəşt ABŞ-ın bu ölkənin dinc nüvə təsisatına tanıdığı dörd güzəştdən biri idi. ABŞ sonuncu dəfə noyabr ayının 1-də güzəşt müddətini uzatmışdı. Rəsmi Vaşinqton bildirib ki, dinc nüvə fəaliyyəti sahəsinə sanksiyaların tətbiq edilməməsi və xarici şirkətlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydalarına uyğun olaraq, Tehranla əməkdaşlığa şarait yaradılması İranın atom silahıı əldə etməsinə maneə olmaq məqsədi güdür.

Bunlar əsasən, Rusiya, Çin və Avropa İttifaqının şirkətləri idilər. Pompeo sonda ölkəsinin İranla bütün qaranlıq məqamları və şübhələri aradan qaldıracaq hərtərəfli razılaşma əldə etmək istədiklərini vurğulayıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31