Telofonla hamama girən 13 yaşlı qız yaddaşını itirdi

Telofonla hamama girən 13 yaşlı qız yaddaşını itirdi

Hollandiyada hamama telefonla girən qızı elektrik cərəyanı vurub.

Olaylar.az türk mediasına istinadən bildirir ki, valikdeynlər hamamda öz övladlarını huşsuz vəziyyətdə tapıblar.

13 yaşlı qız hadisədən sonra sağ qalsa da, yaddaşını itirib. O həyatına dair heç nəyi xatırlamır. Yeniyetmənin sağ tərəfində və qarın nayihəsində yanıqlar meydana gəlib. 

"Journal of Medical Case Reports"un məlumatına görə,  onun yaralanmasına səbəb elektrik cihazının suyla təmas etməsi olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31