Rusiyada şok hadisə - Yol aralandı, maşın su qaynayan quyuya düşdü - ÖLƏNLƏR VAR
Rusiyada şok hadisə - Yol aralandı, maşın su qaynayan quyuya düşdü - ÖLƏNLƏR VAR
19 Noyabr 2019 15:24 DünyaRusiyanın Penza şəhərində avtomobil qaynar su çuxuruna düşüb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzanın baş verdiyi ərazidə suyun verilişində fasilə yaranıb. "Penzanın istilik sistemi şirkəti"nin texniki direktoru Vasili Juravlev bildirib ki, səhər saatlarında hadisə yerində buxarlanma olmayıb: "Biz vəziyyəti daim nəzarətdə saxlayırıq. Boru normal işləyirdi. Hadisəyə görə təəsüf edirik".
İlkin məlumata görə, hadisə yeraltı istilik xəttində baş verən qəzadan sonra yolun altında yaranmış gölməçənin ətrafını buxarın basması və sürücünün bunu görməməsi səbəbindən baş verib.


publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
