13 yaşlı qız özünü binadan atdı - İntihar səbəbi dəhşətə gətirir - FOTO
13 yaşlı qız özünü binadan atdı - İntihar səbəbi dəhşətə gətirir - FOTO
19 Noyabr 2019 14:18 Dünya13 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq öldürüb.
13 yaşında hamilə qalan qız bu səbəbdən anası ilə dalaşdığına görə canına qəsd edib. Dəhşətli hadisə Taylandda, Banqkok şəhərində baş verib.
Mətbuatda adı Pinkie kimi keçən azyaşlı intihardan əvvəl ayaqlarını göydələnin damından sallayaraq çəkilmiş şəklini rəfiqəsinə göndərərək "mən gedirəm, səni sevirəm" mesajını yazıb.
Qızın ölümünə görə 6 nəfər saxlanılıb. Məlum olub ki, 6 oğlan onu qrup halında zorlayıb. Qız hamilə olması barədə sosial şəbəkələrdə status yazıb.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir.
milli.az



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31