İranda qatar relsdən çıxdı
İranda qatar relsdən çıxdı
19 Noyabr 2019 13:36 Dünyaİranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Marağa rayonu ərazisində Təbriz-Tehran qatarının iki vaqonu relsdən çıxıb.
Bunu İranın Şərqi Azərbaycan vilayəti Marağa rayonu fövqəladə hallar idarəsinin rəsmisi Nəqi Meskini deyib.
N.Meskininin sözlərinə görə, vaqonların relsdən çıxması nəticəsində insan itkisi olmayıb.
Meskini əlavə edib ki, vaqonların sərnişinləri müvəqqəti olaraq rayonun Xodacu şəhərinə nəql olunublar.
İdarə rəsmisi hadisənin mütəxəssislər tərəfindən araşdırıldığını deyib.
Hazırda Marağa-Təbriz istiqamətində iki qatarın baş verən hadisəyə görə gecikmə ilə çatacağı bildirilir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31