Sərhəddə ard-arda güclü zəlzələlər oldu
Sərhəddə ard-arda güclü zəlzələlər oldu
19 Noyabr 2019 11:05 DünyaTürkiyə-İran sərhəd xəttində ard-arda zəlzələlər olub.
Olaylar.az xəbər verir ki, 3 dəqiqə ara ilə 3,9 və 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Episentri 6 km dərinlikdə baş verən zəlzələlər yerli vaxtla gecə saat 03:11-də başlayıb.
Zəlzələ ocaqları Hakkarinin Yüksəkova rayonuna 15, Vanın Başqala rayonuna 18 km məsafədə yerləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31