Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO
Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO
18 Noyabr 2019 18:21 DünyaTürkiyədə Çorum əyalətində dəhşətli qəza baş verib.
"CNNTürk"ün məlumatına görə, avtomobilin TIR-a çırpılması nəticəsində bir ailənin dörd üzvü faciəvi şəkildə həlak olub.
Qəzada həyatını itirənlər Erdemit rayonunda cami imamı olan Fəxri Ərər, anası Saliha Ərər, atası Yunus Ərər və həyat yoldaşı Hənifə Ərər olublar.
Fəxri Ərər həyat yoldaşı ilə onlara gəzməyə gəlmiş ata-anasını evlərinə yola salmağa aparanda yolda qəzaya düşüblər.
OXU.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31