Putinin dəstəkçisi olan aktyordan qızına qarşı - İnanılmaz şiddət/Foto

Putinin dəstəkçisi olan aktyordan qızına qarşı - İnanılmaz şiddət/Foto

Rusiyalı aktyor Aleksey Paninin qızına qarşı qəddarlığı sosial mediada etirazlara səbəb olub.

Sənətçi qızını yerdə sürüyərək kəmərlə qollarını mətbəxdəki istilik cihazına bağlayıb.

Görüntülər evdəki üçüncü şəxs tərəfindən lentə alınıb.

Panin evi çirkləndirdiyi üçün qızına acıqlanıb və əllərini nənəsinin açacağını söyləyib. Bəzi sosial media izləyiciləri görüntülərin qurama olduğunu yazsa da, hadisə ilə bağlı araşdırmalar aparılacağı bildirilir.

Qeyd edək ki, Panin müasir Rusiyanın ən məşhur aktyorlarından biridir. Hakimiyyətə yaxınlığı ilə seçilən aktyor Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasıyla da sıx əlaqələri var. Panin həmçinin Krımın anneksiyasını ən sıx şəkildə müdafiə edən şəxslərdən biri kimi tanınıb və Rusiyanın sərhədlərinin Odessaya qədər uzadılmasını təklif edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31