Fransada asma körpü çökdü - ölən və yaralananlar var
Fransada asma körpü çökdü - ölən və yaralananlar var
18 Noyabr 2019 17:03 DünyaFransada asma körpü çöküb.
Hadisə Tuluz şəhərinin şimalında qeydə alınıb.
Belə ki, "Mirepoix-sur-Tarn et Bessières" asma körpüsünün qırılması nəticəsində bir yük maşını və iki minik avtomobili çaya düşüb. Ölən və yaralananların olduğu bildirilir.
İlkin məlumata görə, yük maşını asma körpüyə icazə veriləndən artıq yüklə daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31