Pakistan daha bir raketini sınaqdan keçirdi
Pakistan daha bir raketini sınaqdan keçirdi
18 Noyabr 2019 16:28 DünyaPakistan ordusu "torpaq-torpaq" tipli Şahin-1 raketini uğurla sınaqdan keçirib.
Bu məlumatı Pakistan ordusunun mətbuat xidməti yayıb. Məlumata görə, bu raket 650 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir.
Raketin bütün tip döyüş başlıqlarını daşımaq gücündə olduğu bildirilib.
Qeyd edək ki, Pakistan bir neçə gün öncə "Zərbə" gəmi əleyhinə raketini sınaqdan keçirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31