Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
18 Noyabr 2019 16:21 DünyaAlmaniya İran hökumətinin etirazçılarla dialoqa gedəcəyinə ümid etdiyini bildirib.
Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ulrike Demmer deyib.
"Biz hadisələri, xüsusilə qurbanlar haqqında məlumatları narahatlıqla müşahidə edirik. Biz İran hökumətini sərbəst toplaşmaq və özünüifadə azadlığına hörmət göstərməyə çağırırıq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31