Prezident xəstəxanadan çıxdı
Prezident xəstəxanadan çıxdı
18 Noyabr 2019 15:11 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç Belqraddakı Hərbi Tibb Akademiyasından buraxılıb.
Bu barədə "RTS Planeta" məlumat yayıb.
Qeyd olunur ki, prezidentin vəziyyəti stabildir, o, xəstəxanadan evə buraxılıb.
A.Vuçiç bundan əvvəl noyabrın 18-də, bazar ertəsi günü dövlət başçısı kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini demişdi. Onun ürək-damar problemləri səbəbindən Hərbi-Tibb Akademiyasının kardiologiya şöbəsinə yerləşdirildiyi bildirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31