Paşinyan-Çarukyan savaşı: O, deputatlıqdan məhrum olsa...
4 May 2019 23:18 DünyaHökumət Qagik Çarukyanı mandatında məhrum etsə belə, o, siyasətdən getməyəcək.
Axar.az xəbər verir ki, bunu "Aysor.am"a açıqlamasında erməni polittexnoloq Armen Bədəlyan deyib.
"Burada başqa sual yaranır: Çarukyan öz mandatından imtina etsə, o zaman baş nazirin yox, özünün reytinqi yüksələcək? Hər zaman bilmək lazımdır ki, müəyyən avtoriteti olan və hökumət tərəfindən təqib edilən siyasi qüvvənin reytinqi daha çox artır. Hazırda Mənim Addımım Blokuna alternativ olaraq yalnız Çiçəklənən Ermənistan Partiyası qəbul edilir. İşıqlı Ermənistan ictimai gözləntiləri və real alternativ olma imkanlarını doğrultmur. Buna görə də Çiçəklənən Ermənistanın bu gün mövqeləri İşıqlı Ermənistandan daha yüksəkdir. Unutmaq lazım deyil ki, Çiçəklənən Ermənistan Vahid Rusiya Partiyası ilə intensiv işləyən qüvvədir. Yəni Çiçəklənən Ermənistana çıxarılan sarı kart Rusiyaya göstərilən sarı kart kimi qəbul edilə bilər", - deyə o bildirib.
Qeyd edək ki, son günlər hökumət tərəfindən Çarukyana qarşı təzyiqlər yüksəlib. Hökumətin nümayəndələri müxtəlif bəhanələrlə Çarukyandan öz gəlirləri ilə bağlı deklarasiya təqdim etməyini və özünün sahibkarlıq fəaliyyətinə aydınlıq gətirməsini tələb edirlər.