Belarusda daha bir məmur rüşvətə görə tutuldu

Belarusda daha bir məmur rüşvətə görə tutuldu

Belarusun "Beltelekom" dövlət operatorunun baş direktoru Sergey Sivodedova qarşı cinayət işi açılıb.

Bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Sivodedov Rusiya vətəndaşından ölkəyə telekommunikasiya qurğularının tədarükündə yardım üçün rüşvət almaqda ittiham olunub. Onun Rusiya vətəndaşından 15000 avro əldə etdiyi bildirilib. Açılan cinayət işiylə əlaqədar Sivodedovun Minskdəki üç mənzilinə və bir villasına həbs qoyulub.

Qeyd edək ki, bu, son bir həftə ərzində Belarusda cinayət işi açılan ikinci rəsmi şəxsdir. Bundan öncə Belarus Təhlükəsizlik Şurasının üzvü və Lukaşenkonun keçmiş mühafizə rəisi həbs edilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31