Türkiyənin yeni parlament sədrinin adı müəyyənləşdi

AKP-nin İzmirdən olan millət vəkili və parlamentli respublika idarəetmə üsulunda sonuncu baş nazir olmuş Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.

Yıldırım 335 səs toplayaraq bu vəzifəni tutub.

Səsvermədə 584 millət vəkili iştirak edib. 

Qeyd edək ki, B.Yıldırım TBMM-nin 28-ci spikeridir.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31