Hava limanında bomba həyəcanı - “Gecə yarısınadək partlayacaq”

Yunanıstanda şəxsiyyəti məlum olmayan bir nəfər Atina Elefterios Venizelos Beynəlxalq Hava Limanına bomba qoyulması xəbərini verib.

Təhlükəsizlik əməkdaşları xəbərin doğru olub-olmadığını yoxlamağa başlayıb.

"Efimerida Ton Sindakton" qəzetinə zəng edən şəxs aeroporta 3 bomba qoyulduğunu və gecə yarısınadək partladılacağını söyləyib. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31