Rusiyada neft şirkətində partlayış olub, 7 nəfər yaralanıb
13 İyul 2018 12:49 DünyaRusiyanın Xantı-Mansiy Muxtar Dairəsində "Surqutneftqaz" şirkətinin müəssisələrindən birində baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb."Report" TASS-a istinadən xəbər verir ki, bunu Regional Fövqəladə Hallar Xidmətdən bildiriblər.Yaralılardan ikisi ağır, üçü isə orta-ağır dərəcədə xəsarət alıb. Hadisə yerində komissiya işləyir. Partlayışı səbəbi araşdırılır."Surqutneftqaz"ın mətbuat xidməti hadisənin şərh etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31