Pilot siqaret çəkdi, təyyarə düşməyə başladı - Təhlükəli anlar

Çində yardımçı pilotun elektron siqaretdən istifadə etməsi təhlükəli anlara səbəb olub.

Honkonqdan Daliana uçan Boeing 737 tipli təyyarə göyün 8 min metrliyində gözlənilmədən hündürlüyü itirməyə başlayıb. Təxminən 10 dəqiqə hündürülüyü itirməyə davam edən təyyarədə oksigen maskaları işə düşüb. 

Sərnişinlər qorxudan qışqıraraq ağlamağa başlayıblar. Enişi 3 min metr hündürlükdə dayandırmaq mümkün olub. Çinli mütəxəssislər araşdırma nəticəsində pilotun elektron siqaret çəkdiyini, nəticədə göyərtədə oksigen səviyyəsinin azaldığını təsbit ediblər. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31