Yəməndə 21 husi döyüşçüsü öldürülüb

Yəmənin Dali və Beyda şəhərlərində hökumət qüvvələri ilə husilər arasında baş verən silahlı toqquşmalarda 21 silahlı öldürülüb.

Yəmənin Dali və Beyda şəhərlərində hökumət qüvvələri ilə husilər arasında baş verən silahlı toqquşmalarda 21 silahlı öldürülüb.

Bu barədə "26sepnews.net" saytı məlumat yayıb.

Bildirilir ki, husilər Dalinin şimalına hücumunun qarşısı hərbçilər tərəfindən alınıb. Atışma zamanı 13 husi döyüşçüsü öldürülüb. 

Beyda şəhərində isə hərbçilərin husilərə qurduğu pusqu zamanı daha 8 husi öldürülüb. Beydada husilərlə hökumət qüvvələri arasında döyüşlər 2015-ci ildən davam edir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31