Tramp "Twitter"də Kim Çen Inın məktubunu yayıb
13 İyul 2018 12:40 DünyaABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla Sinqapurdakı görüşdən sonra özünün "Twitter" səhifəsində Koreya Xalq Demokratik Respublikası rəhbərinin məktubunu yerləşdirib.
Tramp Kim Çen In barədə xoş sözlərini yazıb.
"Şimali Koreya rəhbərindən çox gözəl məktub. Əla irəliləyiş əldə olunub", - deyə Amerika prezidenti məktubu şərh edib.
Qeyd edək ki, ABŞ və KXDR liderləri iyunun 12-də Sinqapurda görüşüblər. Görüşün yekununda Koreya yarımadasında sülhün əldə olunmasına yardım haqqında razılaşma əldə olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31