"ABŞ özünü elə aparır ki..." - İran
13 İyul 2018 11:22 DünyaABŞ adminitrasiyası NATO-dakı partnyorlarına təzyiq edir və onlara öz siyasi düşüncələrini təlqin edir.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
"NATO-nun xərclərinin böyük bir hissəsi onsuz da ABŞ-ın müdafiəsinə yönəldilib. Bu ölkə özünü elə aparır ki, sanki digər ölkələr buna borcludur. Xüsusilə Avropa ölkələrinə öz siyasi dəst-xəttini yeridir", - deyə sözçü bildirib.
Qeyd edək ki, Brüsseldə baş tutan NATO sammitində İranın raket sınaqlarından dolayı narahatlıq ifadə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31