"Afinadan dəvət aldım, ancaq getməyəcəm" - Lavrov

Bir neçə ay əvvəl Yunanıstandan bir dəvət aldım, amma indiki şəraitdə səfər planlaşdırılmır.

Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"Rusiya XİN rəhbərinə Yunanıstana bir neçə ay əvvəl dəvət göndərilmişdi. Səfər payıza planlaşdırılırdı. Amma hazırda üzərində heç bir iş görülmür. Mövcud vəziyyəti nəzərə alaraq, bu səfərin prinsipcə necə baş verəcəyi yönündə heç bir fikir yoxdur", - Lavrov qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Yunanıstan rusiyalı diplomatları ölkədən deportasiya edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31