2 milyon illik alətlər tapıldı

Çində 2 milyon il əvvələ aid daş alətlər və heyvan sümükləri aşkar edilib.

Çində 2 milyon il əvvələ aid daş alətlər və heyvan sümükləri aşkar edilib.

100-ə yaxın sadə alətlərin tapıldığı ərazidə 1,3-2,1 milyon il əvvəl ibtidai insanlar olan "Homo erectus" yaşayıb. 

Daha əvvəl Gürcüstan və Afrikada "Homo erectus"un varlığı sübut edilmişdi. Lakin bu sübutlar 1,85 milyon il əvvələ aid idi. Çində qədim insanların 1,7 milyon il əvvəl yaşadığı bilinirdi, lakin bu tarixin daha qədim olduğu təxmin edilirdi.

Tapıntılar qədim insanın araşdırılması üçün olduqca əhəmiyyətlidir. Lakin milyon il əvvəl Afrikada formalaşmış bu canlıların Asiyaya doğru həyata keçirdiyi köç prosesi hələ də qaranlıqdır. 

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31